2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda şəkər və qənd istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artaraq 85,1 min ton təşkil edib.
Finss.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31,8 min ton və ya 59,7% çoxdur. Belə ki, ötən ilin ilk 4 ayında ölkədə 53,3 min ton şəkər və qənd istehsal olunub.
2025-ci il may ayının əvvəlinə olan vəziyyətə görə, ölkədə şəkər və qənd üzrə hazır məhsul ehtiyatı da artaraq 5,7 min ton olub. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 2,4 min ton və ya 72,7% artım deməkdir.
Fuad Mədətov
Finss.az