BİZNES

26 May

Azərbaycanda meyvə şirələrinin istehsalı azalıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 1 milyon 451 min dekalitr meyvə şirəsi istehsal olunub.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb.

Hesabat dövründə istehsal ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 min dekalitr və ya 1,4% azalıb. 2024-cü ilin ilk dörd ayında ölkədə 1 milyon 471 min dekalitr meyvə şirəsi istehsal edilmişdi.

Mayın 1-nə olan məlumata əsasən, ölkədə meyvə şirələri üzrə hazır məhsul ehtiyatı 712,6 min dekalitr təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanda ümumilikdə 1 milyard 778 milyon manat dəyərində qida məhsulları istehsal olunub.

Xatırladaq ki, 1 dekalitr 10 litrə bərabərdir və bu ölçü vahidi əsasən mayelərin həcmini ifadə etmək üçün istifadə olunur.

Fuad Mədətov
Finss.az