BİZNES

21 May

Avropa Komissiyası Çin təkərləri ilə bağlı araşdırmaya başlayıb

Finss.az xəbər verir ki, çərşənbə günü Avropa Komissiyası (AK) Aİ təkər sənayesi nümayəndələrinin rəsmi şikayətindən sonra Çindən idxal edilən avtomobil və yüngül yük maşınları təkərləri ilə bağlı araşdırmaya başlayıb.

AK-nin bəyanatında deyilir ki, Çin təkərləri ədalətsiz qiymətlərlə satılır və bu, Avropa istehsalçılarına ziyan vurur.