BİZNES

20 May

Ölkədə metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalın azalıb

Finss.az  — Dövlət Statistika Komitəsinin açıqladığı son məlumatlara əsasən, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində ümumilikdə 418,0 milyon manat dəyərində məhsul istehsal edilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə ciddi azalma ilə müşayiət olunub.

Belə ki, hazır metal məmulatlarının istehsalı sahəsində 12,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 16,7 faiz azalma qeydə alınıb. Əsas məhsul qruplarına nəzər saldıqda, polad tökmə istehsalı 19,3 faiz, armatur istehsalı 19,5 faiz, mis məftil istehsalı isə 68,9 faiz azalıb. Hazır metal məmulatları sahəsində metaldan sair məmulatların istehsalında da 37,7 faiz geriləmə müşahidə olunub.

İndeks dinamikasında kəskin eniş

2024-cü illə müqayisədə 2025-ci ilin ilk dörd ayında həm metallurgiya sənayesi, həm də hazır metal məmulatlarının istehsal indekslərində nəzərəçarpacaq azalmalar baş verib. Metallurgiya sənayesində istehsal indeksi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 83,3 faiz, hazır metal məmulatları sahəsində isə 87,3 faiz səviyyəsində qeydə alınıb.

Əsas məhsullar üzrə istehsal göstəriciləri

  • Polad tökmə – 93,6 min ton (80,7%)

  • Armatur – 112,9 min ton (80,5%)

  • Polad borular – 56,4 min ton (165,4%)

  • Emal edilməmiş metal (qurğuşun, alüminium, sink və s.) – 8,4 min ton (89,4%)

  • Alüminium məmulatları – 20,796.8 ton (102,9%)

  • Mis məftil – 13,2 ton (31,1%)

Hazır metal məmulatları üzrə isə:

  • Metaldan konstruksiyalar – 7,173.7 ton (107,8%)

  • İzolyasiyasız məftil və troslar – 2,964.6 ton (107,0%)

  • Metaldan sair məmulatlar – 5,502.4 ton (62,3%)