Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,8 faiz artaraq 2,68 milyard ABŞ dollarını ötüb.
Dövlət Gömrük Komitəsinin açıqladığı statistik məlumatlara əsasən, bu dövr ərzində:
-
Azərbaycandan MDB ölkələrinə ixrac 4,5 faiz artaraq 485,2 milyon dollar təşkil edib;
-
MDB ölkələrindən Azərbaycana idxal isə 51,1 faiz artımla 2,19 milyard dollar səviyyəsinə yüksəlib.
Ümumilikdə, cari ilin ilk dörd ayında ölkənin xarici ticarət dövriyyəsində MDB ölkələrinin payı 15,85 faiz olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,79 faiz bəndi artım deməkdir.
Ekspertlər artımın əsas səbəblərindən biri kimi regional iqtisadi əlaqələrin möhkəmlənməsini və ticarət logistikası sahəsindəki irəliləyişləri göstərirlər.