BİZNES

20 May

Kimya sənayesində istehsal 4% artıb

Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında kimya sənayesi, əczaçılıq məhsulları və plastik məmulatlarının istehsalı artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, lak-boya məmulatlarının istehsalı 22,7%, dərmanların istehsalı 7,9%, tibbi maskaların istehsalı isə 20% yüksəlib. Plastmas butulkaların istehsalı 37% artaraq 63,8 milyon ədədə çatıb. Ümumilikdə, sənaye məhsullarının istehsalı əvvəlki illə müqayisədə stabillik və artım nümayiş etdirir.