Finss.az - 2025-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 11,956.3 milyon ABŞ dolları təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu dövrdə ixrac olunan məhsulların dəyəri 6,293.3 milyon dollar (52.6%), idxal məhsullarının dəyəri isə 5,663.0 milyon dollar (47.4%) olub. Nəticədə, 630.3 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranıb.
2024-cü ilin eyni dövrü ilə müqayisədə, xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 20.1%, real ifadədə isə 3.9% artıb. İdxal həcmi real ifadədə 24.8% artarkən, ixrac 8.6% azalıb.
Qeyri neft-qaz məhsullarının ixracı 2025-ci ilin ilk üç ayında 771.9 milyon dollar təşkil edib. Bu, faktiki qiymətlərlə 14.7% artım, real ifadədə isə 8.5% azalma deməkdir.