BİZNES

16 May

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə “CARCAS” Xəzəryanı ölkələrin Aqrar Tədqiqatlar Mərkəzi arasında memorandum imzalanıb

Finss.az - 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində keçirilən Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların I Forumu başa çatıb.

Forumun yekununda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə “CARCAS” Xəzəryanı ölkələrin Aqrar Tədqiqatlar Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Tərəflər meyvəçilik sahəsində tədris və təlim mərkəzlərinin yaradılması, elmi tədqiqatlar, innovasiyaların tətbiqi, birgə əkin nümayiş sahələrinin salınması, aqroinnovasiya platformalarının yaradılması istiqamətində əməkdaşlıq edəcəklər. Memoranduma əsasən, aqrar sahədə ixtisaslı kadrların hazırlanması, birgə tədris modulları və sertifikat proqramlarının yaradılması, gənc mütəxəssislərin təcrübi biliklərinin artırılması istiqamətində əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Zemfira Ms
Finss.az