Finss.az - "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi" publik hüquqi şəxs dərman, sarğı ləvazimatları və müxtəlif laboratoriya materiallarının satınalınması üzrə açıq müsabiqə elan edib.
Müsabiqədə iştirak üçün təkliflərin təqdim olunması son tarixi 2 iyun 2025-ci il saat 14:10-dur. Təkliflərin qiymətləndirilməsi və zərflərin açılışı da həmin gündə həyata keçiriləcək.
Satınalmanın ümumi ehtimal olunan qiyməti 99,447.45 AZN təşkil edir. Təklif vermək üçün iştirak haqqı 198 AZN, istifadə haqqı isə 25 AZN müəyyən edilib.
Müsabiqə çərçivəsində aşağıdakı məhsullar alınacaq: bufer məhlullar, laboratoriya elektroforez və blotlama sistemləri, nuklein turşusu çıxarılması və təmizlənməsi üçün dəstlər, klinik və diaqnostik analizator reagentləri, əl ilə sınaq dəstləri, pipet ucları, test boruları və biotexnologiya ilə əlaqəli digər materiallar.
Satınalmanın keçirilməsi Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 131 ünvanında yerləşən təşkilat tərəfindən həyata keçirilir.
Daha ətraflı məlumat üçün linkə daxil olun!