Finss.az - Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-aprel ayları üzrə hesabatına əsasən, Azərbaycanda kərə yağı və duru bitki yağı istehsalında azalma qeydə alınıb.
Belə ki, bu ilin ilk dörd ayında ölkədə 8 689,6 ton kərə yağı istehsal olunub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% azdır. Mayın 1-nə olan məlumata görə, hazır kərə yağı ehtiyatları 25,9 ton təşkil edib.
Duru bitki yağı istehsalı isə 14 025,4 ton olub və bu da əvvəlki ilin eyni dövrünə nisbətən 3,3% azalma deməkdir.