BİZNES

16 May

İctimai iaşə dövriyyəsi 764 milyon manata çatdı

Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,7 faiz artaraq 764 milyon manat təşkil edib.

Bu barədə məlumat Dövlət Statistika Komitəsinin rəsmi hesabatında yer alıb.

Hesabata əsasən, özəl sektorun payı ictimai iaşə sahəsində yenə də üstünlük təşkil edir. Belə ki, dövriyyənin 51,1 faizi hüquqi şəxslərin, 48,9 faizi isə fiziki şəxslərin – yəni bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxslərin göstərdiyi ictimai iaşə xidmətləri üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz artaraq 386,6 milyon manat olub.