Finss.az - Bu ilin yanvar-aprel ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2345,5 milyon manat təşkil edib ki, onun da 2151,5 milyon manatı heyvandarlıq, 194,0 milyon manatı bitkiçilik məhsullarının payına düşüb.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,8 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,1 faiz, bitkiçilik məhsulları istehsalı 9,3 faiz artıb.