Finss.az - Mayın 13-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 7 lot üzrə 68 nəqliyyat vasitəsi satılıb.
Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 51 sifariş qəbul edilib. Bunlardan 12-si onlayn qaydada həyata keçirilib.
Rəqabətli keçən hərracda start qiyməti 18.200 manat olan “Otoyol E-2714S” markalı avtobus 20.000 manata, 3.600 manat olan “Renault Dokker” markalı avtomobil isə 8.344 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə //shorturl.at/Q2ItN linki vasitəsilə tanış olmaq olar.
Cari ay ərzində növbəti hərraclar 20 və 27 may tarixlərində keçiriləcək.
Hərraca çıxarılan əmlakların siyahısı ilə //clck.ru/3LtZmC linki vasitəsilə tanış olmaq mümkündür.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.
Zemfira Ms
Finss.az