Finss.az - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən, 2025-ci ilin ilk rübündə (01 yanvar – 31 mart) ölkənin xarici ticarət dövriyyəsində İtaliya əsas tərəfdaşlardan biri olub.
Hesabat dövründə İtaliya ilə ümumi ticarət dövriyyəsi 3 milyard 12 milyon ABŞ dollarını ötüb. Bu göstərici ümumi xarici ticarət dövriyyəsinin 25%-ni təşkil edir.
Ən diqqətçəkən məqam isə ixrac sahəsində İtaliyanın dominant mövqeyidir. Belə ki, 2025-ci ilin ilk üç ayında Azərbaycan ümumilikdə 2 milyard 910 milyon ABŞ dolları dəyərində məhsulu İtaliyaya ixrac edib. Bu da ümumi ixracın 45.58%-nə bərabərdir.