Finss.az xəbər verir ki, Çinin ən böyük musiqi axını xidmətinə sahib olan Tencent Music Entertainment Group (TME) 2025-ci ilin birinci rübündə xalis mənfəətini illik müqayisədə üç dəfə artırdı və gəliri analitiklərin gözləntilərini üstələdi.
Yanvar-mart aylarında şirkətin xalis mənfəəti bir il əvvəl 1,422 milyard yuanla müqayisədə 4,291 milyard yuan (591 milyon dollar) təşkil edib.
Amerika depozitarının payına düşən gəlir (ADS) bir il əvvəl 0,91 yuandan 2,77 yuana yüksəldi. Şirkətin gəliri 8,7% artaraq 7,36 milyard yuana çatıb. LSEG-in məlumatına görə, analitiklər bu rəqəmi orta hesabla 7,27 milyard yuan olaraq qiymətləndiriblər.
Musiqi abunəçilərinin gəlirləri rübdə 16,6% artaraq 4,22 milyard RMB olub. Pullu xidmətlərdən istifadə edənlərin sayı 8,3% artaraq 122,9 milyon nəfərə çatıb. Eyni zamanda, əyləncə xidmətlərindən əldə edilən gəlir 11,9% azalaraq 1,55 milyard yuana düşüb.
Rüb ərzində TME cəmi təxminən 64,5 milyon dollar dəyərində 5,9 milyon ADS satın alıb.
Şirkətin ADS səhmləri çərşənbə axşamı Nyu-Yorkda premarket ticarətində 1,5% bahalaşıb. Bu ilin əvvəlindən onların qiyməti 26,3% artıb.
TME səhmləri ilin əvvəlindən bəri 23,2% bahalaşdıqdan sonra çərşənbə axşamı Honq Konq Birjasında 4,4% ucuzlaşıb.