2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana Belarusdan 1,32 min dekalitr araq idxal olunub.
Finss.az Dövlət Statistika Komitəsinı istinadən xəbər verir ki, həmin dövrdə bu məhsulun idxalına çəkilən xərclər 103 min ABŞ dolları təşkil edib.
Belarusdan idxal edilən araq miqdarı, 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 580 dekalitr və ya 30,5% azalıb. Dəyər baxımından isə azalmanın 10 min ABŞ dolları və ya 10,8% olduğu bildirilir.
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 1,9 min dekalitr miqdarında, 93 min ABŞ dolları dəyərində araq idxal edilib.
Bu dövrdə Azərbaycana ümumilikdə 13,9 min dekalitr araq gətirilib ki, bunun dəyəri 1,4 milyon ABŞ dolları olub.
Qeyd edək ki, 1 dekalitr 10 litrə bərabərdir və mayelərin həcmini ölçmək üçün istifadə olunur.