BİZNES

09 May

Türkiyənin Azərbaycana kimyəvi maddə ixracı artıb

Türkiyə 2025-ci ilin aprel ayında Azərbaycana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artaraq, 47 milyon 448 min 59 dollara çatdırıb.

Finss.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat verib.

2025-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq, 170 milyon 406 min 2 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalaraq, 10 milyon 385 min 725 dollara bərabər olub.

"Bu ilin aprel ayında Türkiyə 2 milyon 615 min 2 dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 4,9 faiz çoxdur" – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 30 milyon 589 min 405 dollar məbləğində kimyəvi maddə ixrac edib.