BİZNES

09 May

Türkiyə Azərbaycana elektrik avadanlıqları ixracını artırıb

Türkiyə, 2025-ci ilin aprel ayında Azərbaycana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6% artıraraq, 15 milyon 237 min 10 dollar səviyyəsinə çatdırıb.

Finss.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat verib.

2025-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% azalaraq, 61 milyon 593 min 30 dollar təşkil edib.

Həmçinin, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin elektrik avadanlıqları ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% artaraq, 5 milyon 380 min 310 dollar olub.

Nazirlikdən verilən məlumata görə, aprel ayında Türkiyə 1 milyon 382 min 382 dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu, keçən ilin mart ayı ilə müqayisədə 15,7% artım nümayiş etdirir.

Son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə, 16 milyon 900 min 317 dollar dəyərində elektrik avadanlıqları ixrac edib.