Finss.az xəbər verir ki, İraq neft sənayesində müştərək layihələrin həyata keçirilməsi üçün Azərbaycanla tərəfdaşlıq qurmaq niyyətindədir, İraqın baş nazirinin mətbuat xidməti Məhəmməd Əl-Sudani ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında keçirilən görüşün yekunlarına dair bəyanatında bildirib.
"Görüşdə İraq və Azərbaycan arasında müxtəlif sahələrdə, xüsusilə də enerji sektorunda konstruktiv əməkdaşlığın gücləndirilməsi yolları müzakirə olunub. Baş nazir Əl-Sudani İraqın Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsinə sadiqliyini bir daha təsdiqləyib və Bakının ölkəsinin təhlükəsizliyi və sabitliyinə verdiyi dəstəyi yüksək qiymətləndirib", - məlumatda deyilir.
Əl-Sudani həmçinin iki dost dövlətin əlaqələrinin möhkəmləndirilməsi və qarşılıqlı maraqlarının reallaşdırılmasına yönəlmiş bir sıra birgə təşəbbüslərin aktivləşdirilməsinin vacibliyini vurğulayıb.