Finss.az - 2025-ci ilin ilk dörd ayında, Azərbaycan qeyri-neft-qaz sahəsində əhəmiyyətli ixrac artımı qeyd edib.
Ümumi olaraq, kimya sənayesi məhsulları 35 milyon ABŞ dolları və ya 42,5%, şəkər 1,9 milyon ABŞ dolları və ya 25,8%, qara metallar və onlardan hazırlanan məmulatlar isə 4,1 milyon ABŞ dolları və ya 16,7% artıb.
Bundan əlavə, meyvə-tərəvəz ixracı 26,8 milyon ABŞ dolları və ya 14,8%, alüminium və ondan hazırlanan məmulatlar 6,1 milyon ABŞ dolları və ya 9,8%, pambıq iplik ixracı isə 360,9 min ABŞ dolları və ya 5,3% artıb.