BİZNES

08 May

2025-ci ilin dörd ayında NKA-larla 8,2 milyard manat dövriyyə qeydə alınıb

Finss.az - Dövlət Vergi Xidməti tərəfindən ölkə ərazisində yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Hazırda 105.885 ədəd yeni nəsil NKA ölkə daxilində quraşdırılıb. Bu aparatların istifadəsi, hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə imkan yaratmaqdadır.

2025-ci ilin yanvar-aprel aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 8 milyard 246,9 milyon manat olub ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 805,8 milyon manat, yəni 10,8 faiz artım nümayiş etdirir.