BİZNES

07 May

Vyetnamla ticarət dövriyyəsi 100 mln. dollarını ötüb

Finss.az - 2025-ci ilin ilk üç ayında Vyetnam və Azərbaycan arasında ticarət dövriyyəsinin məbləği 100 milyon ABŞ dollarını keçib.

Bu barədə Vyetnamın “Vietnamplus” qəzeti məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsi təxminən iki dəfə artıb. Xüsusilə, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 702,5 milyon ABŞ dolları təşkil edib, 2023-cü ildə isə bu rəqəm təxminən 250 milyon ABŞ dollarına enib. Lakin 2024-cü ildə ikitərəfli ticarət dövriyyəsi 52 milyon ABŞ dolları olaraq qeyd olunmuşdu.

İqtisadi əməkdaşlıqda müsbət dəyişikliklər davam edir və iki ölkə arasında ticarət münasibətlərinin daha da inkişaf edəcəyi gözlənilir.