BİZNES

06 May

DHL, e-ticarət yönümlü logistika şirkəti IDS Fulfillment alacaq

Almaniyanın DHL Qrupunun bir bölməsi olan DHL Supply Chain, e-ticarət və pərakəndə satışla məşğul olan ABŞ-ın IDS Fulfillment logistika şirkətini satın aldı.

Finss.az xəbər verir ki, DHL-in press-relizinə görə, şirkət IDS Fulfillment-in alınması ilə Amerikanın bir sıra ştatlarında, o cümlədən İndiana, Yuta və Corciya ştatlarında ümumi sahəsi 120 min kvadratmetrdən çox olan anbar və paylama mərkəzləri alacaq.

DHL IDS Fulfillment ilə sövdələşməni “kiçik və orta ölçülü müştərilərə elektron ticarət imkanlarını və təkliflərini daha da genişləndirmək üçün strateji addım” adlandırır.