BİZNES

06 May

Böyük Britaniyada minik avtomobillərinin satışı aprel ayında 10,4% azalıb

Finss.az xəbər verir ki, avtomobil İstehsalçıları və Tacirləri Cəmiyyətinin (SMMT) hesabatına görə, Böyük Britaniyada avtomobil satışları aprel ayında yeni rüsumlar və gec Pasxa fonunda 10,4% azalıb.

Ötən ay ölkədə 120 331 yeni avtomobil qeydiyyata alınıb ki, bu da 2024-cü ilin aprel ayı ilə müqayisədə 13,9 min ədəd azdır.

Dizellə işləyən avtomobillərin satışı 26,2% azalaraq 6381, benzinlə işləyən avtomobillərin satışı isə 22% azalaraq 58733 olub. Eyni zamanda, elektrik mühərrikli avtomobillərin (hibridlər istisna olmaqla) satışı 8,1% artaraq 24 558 ədəd olub, onların ümumi satışdakı payı 20,4% təşkil edib.

Aprel ayında ən populyar modellər Kia Sportage (3514), Ford Puma (3311) və Vauxhall Corsa (2376) olub.