BİZNES

05 May

Səudiyyə Ərəbistanı iyun ayında bütün Asiya neft qiymətlərini qaldıracaq

Finss.az xəbər verir ki, Səudiyyə Ərəbistanı iyun ayında Asiyalı alıcılar üçün bütün növ neftin qiymətini bir barel üçün 0,2 dollar artıracaq.

“Saudi Aramco” dövlət şirkətinin bəyanatında deyilir ki, nəticədə Asiyaya tədarük edilən əsas növ – “Arab Light” Oman/Dubay neft səbətindən 1,4 dollar baha olacaq.

ABŞ üçün neftin bütün növləri üzrə qiymətlər bir barel üçün 0,2 dollar, Şimal-Qərbi Avropa və Aralıq dənizi ölkələrindən olan alıcılar üçün bir barel üçün 1,1 dollar azalacaq.