BİZNES

30 Aprel

Almaniyada inflyasiya aprel ayında 2,2%-ə qədər azalıb

Ölkənin Federal Statistika İdarəsinin (Destatis) ilkin məlumatları təqdim edən hesabatına əsasən, Almaniyada Aİ standartlarına uyğunlaşdırılmış istehlak qiymətləri 2025-ci ilin aprel ayında illik müqayisədə 2,2% artıb.

Finss.az xəbər verir ki, əvvəlki ayla müqayisədə istehlak qiymətləri 0,5% artıb.

Trading Economics-in məlumatına görə, analitiklər orta hesabla aprel ayı inflyasiyasını illik 2,1% və aylıq 0,4% səviyyəsində proqnozlaşdırmışdılar.

Mart ayında bu göstəricilər müvafiq olaraq 2,3% və 0,4% olub.

Alman standartları ilə hesablanan istehlak qiymətləri aprel ayında illik müqayisədə 2,1%, mart ayı ilə müqayisədə isə 0,4% artıb. Ekspertlər orta hesabla göstəricilərin müvafiq olaraq 2% və 0,3% artacağını gözləyirdilər.