Finss.az - ABŞ texnologiya nəhəngi “International Business Machines” (IBM) qarşıdakı beş il ərzində ABŞ iqtisadiyyatına 150 milyard dollar investisiya yatırmağı planlaşdırdığını açıqlayıb.
Bu investisiyalar çərçivəsində şirkət serverlər və kvant kompüterləri sahəsində tədqiqat və inkişaf (TR) fəaliyyətlərinə 30 milyard dollardan çox vəsait ayıracaq.
ABŞ texnologiya sektorunun ən böyük işəgötürənlərindən biri olan “IBM”-in məqsədi bu investisiyalar vasitəsilə iqtisadiyyatı stimullaşdırmaq və şirkətin mətbuata verdiyi açıqlamada qeyd etdiyi kimi, "hesablama texnologiyaları sahəsində qlobal lider mövqeyini möhkəmləndirməkdir".
Verilən məlumatlara görə, “IBM” son beş il ərzində dünya üzrə “TR” fəaliyyətlərinə 33.6 milyard dollar, ümumi əməliyyat xərclərinə isə 141.8 milyard dollar sərf edib.
Daha əvvəl “Apple Inc.” və “Eli Lilly” kimi digər böyük şirkətlər də ABŞ iqtisadiyyatına iri həcmli investisiya planlarını açıqlamışdılar.
“IBM”-in səhmləri bazar ertəsi ticarət sessiyasının əvvəlində 1.2% bahalaşıb. Hazırda qiymətli kağızlar beynəlxalq birjalarda 236$ səviyyəsində ticarət olunurlar. İlin əvvəlindən bəri şirkətin bazar dəyəri 5.7% artaraq 216 milyard dollara çatıb.