BİZNES

01 May

Qazaxıstandan Azərbaycana taxıl tədarükü artıb

Finss.az - 2024-cü ilin sentyabrından 2025-ci ilin 27 aprelinədək Qazaxıstanın taxıl ixracının həcmi 7,5 milyon ton təşkil edib ki, bu da ötən kənd təsərrüfatı ilinin eyni dövrü ilə müqayisədə 56 faiz çoxdur.

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, İran və Azərbaycan istiqamətlərində ixracda artım qeydə alınıb. Belə ki, İrana tədarük 16 dəfə - 54 min tondan 871 min tonadək, Azərbaycana isə 111 dəfə - 5 min tondan 557 min tonadək artıb.

Qazaxıstan taxılının Mərkəzi Asiya və Yaxın Şərq ölkələrinə tədarükündə də davamlı artım müşahidə olunur:

Özbəkistan - 2,7 milyon ton (+29,7 faiz),

Tacikistan - 1076 min ton (+50 faiz),

Əfqanıstan - 269 min ton (+33,8 faiz),

Qırğızıstan - 178 min ton (+2 dəfə).