2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın neft yataqlarından 3 734,72 milyon kubmetr səmt qazı hasil olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% azalmaya işarə edir.
Finss.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sözügedən dövrdə hasil edilən səmt qazının 3 804,91 milyon kubmetri əmtəəlik məhsul kimi istifadə olunub. Bu isə illik müqayisədə 21% artım deməkdir.
Xatırladaq ki, 2024-cü il ərzində ölkənin neft yataqlarından 15 112,09 milyon kubmetr səmt qazı hasil edilmişdi ki, bu da 2023-cü illə müqayisədə 0,2% çoxdur.
Fuad Mədətov
Finss.az