Finss.az - Son illər Azərbaycandan xarici ölkələrə alma, armud və heyva ixracında nəzərəçarpacaq artım müşahidə olunur.
Bu ilin ilk üç ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəmizdən xarici bazarlara alma, armud və heyva ixracında növbəti dəfə artım qeydə alınıb.
Kənd Təsərrüfatı Nazirliyin məlumatına görə, yanvar-mart ayları ərzində ölkəmizdən 31,6 min ton alma, armud və heyva ixrac edilib. Qeyd olunan ixrac məhsullarının ümumi dəyəri 21,5 milyon ABŞ dollar olub.
Qeyd olunan dövrdə ölkəmizdən alma, armud və heyva ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm olaraq 20,5%, dəyər olaraq isə 22,5% artıq olub.
Hazırda xarici bazarlara meyvə ixracı davam edir.

Zemfira Ms
Finss.az