BİZNES

25 Aprel

Apple 2026-cı ildə ABŞ bazarı üçün bütün iPhone-ların yığılmasını Hindistana köçürməyi planlaşdırır

“Financial Times” məlumatlı mənbələrə istinadən xəbər verir ki, “Apple Inc” Vaşinqtonun başlatdığı ticarət müharibəsi fonunda gələn il ABŞ bazarı üçün bütün iPhone istehsalını Hindistana köçürməyi planlaşdırır.

Finss.az xəbər verir ki, qəzet qeyd edir ki, Apple əvvəllər tədarük zəncirlərini şaxələndirməyə çalışsa da, indi bu prosesi sürətləndirmək niyyətindədir.

Şirkət 2026-cı ilin sonuna qədər ABŞ-da hər il satılan 60 milyon iPhone-un hamısını Hindistanda yığmağı hədəfləyir ki, bu da ölkədə cihazların istehsalını iki dəfə artırmağı tələb edir.