BİZNES

25 Aprel

25 aprel Azərbaycan Respublikasında Sahibkarlar Günüdür

Finss.az - “Dövlət başçısının diqqət və qayğısı sayəsində Azərbaycanda özəl sektorda mühüm irəliləyişlər əldə olunub. İş adamlarımızın uğurlu fəaliyyəti iqtisadi artıma, sosial rifaha, innovativ layihələrin icrasına və biznes mühitinin təkmilləşməsinə önəmli töhfələr verir”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

“İqtisadiyyatın sütunu olan, ölkəmizin tərəqqisində vacib rol oynayan sahibkarlara təşəkkürümüzü bildiririk. Biznes nümayəndələrini Sahibkarlar Günü münasibətilə təbrik edir, işlərində daim nailiyyətlər arzulayırıq!”, -nazir əlavə edib.