BİZNES

25 Aprel

47,9 milyon dollarlıq gübrə ixrac edilib

Finss.az - Bu ilin yanvar-mart aylarında ölkədən 47,9 milyon ABŞ dolları dəyərində 161 min tondan çox azot gübrəsi ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 78,1 faiz və ya 21 milyon dollar, həcm baxımından isə 13,5 faiz və ya 19,2 min ton çoxdur.

Cari ilin ilk rübündə gübrənin ümumi ixracda xüsusi çəkisi 0,75 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 6,22 faizə bərabər olub.

Zemfira Ms
Finss.az