Finss.az - Bu ilin yanvar-mart aylarında Azərbaycandan Xorvatiyaya 238,6 milyon ABŞ dolları dəyərində 428,4 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 4,7 dəfə və ya 188,2 milyon dollar, həcm baxımından isə 5,4 dəfə və ya 349,1 min ton üstələyir.
Cari ilin ilk rübü ərzində ölkədən ümumilikdə 3,33 milyard dollar dəyərində 6 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Xorvatiya 4-cü yerdə qərarlaşıb və ixrac həcminin 7,1 faizi bu ölkənin payına düşüb.
Zemfira Ms
Finss.az