Finss.az - Aprelin 22-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 57 nəqliyyat vasitəsi satılıb.
Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 84 sifariş qəbul edilib. Bunlarda 21-i onlayn qaydada həyata keçirilib. Rəqabətli keçən hərracda ilkin satış qiyməti 7.500 manat olan “BMW 530I” markalı avtomobil 9.075 manata, 3.975 manata olan “Khazar” markalı avtomobil isə 4.298 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı və yekun satış qiymətləri ilə //bit.ly/4jGI2id linki vasitəsilə tanış olmaq olar.
6, 7, 13 və 27 may tarixlərində keçiriləcək növbəti hərraclara nəqliyyat vasitələri və avadanlıqlar çıxarılıb.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.
Zemfira Ms
Finss.az