2025-ci ilin yanvar-mart aylarında gömrük xətti ilə dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% azalaraq 1 milyard 430 milyon 528 min manat təşkil edib.
Bu barədə Finss.az Dövlət Gömrük Komitəsinə istinadən məlumat yayıb.
Hesabat dövründə büdcə daxilolmaları üzrə əsas göstəricilər belə olub:
- Gömrük rüsumları – 399,349 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,2% az)
- Əlavə dəyər vergisi (ƏDV) – 964,478 milyon manat (4,3% az)
- Aksizlər – 55,446 milyon manat (14% artım)
- Yol vergisi – 11,253 milyon manat (18,9% artım)
Statistik göstəricilər onu deməyə əsas verir ki, aksiz və yol vergisi üzrə daxilolmalarda artım müşahidə olunsa da, ümumi büdcə daxilolmalarında azalma əsasən ƏDV və gömrük rüsumları üzrə geriləmə ilə bağlı olub.
Fuad Mədətov
Finss.az