Finss.az - 2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan Portuqaliyaya 189,9 milyon ABŞ dolları dəyərində 353,9 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 82,4 faiz (85,7 milyon dollar), həcm baxımından isə 2,1 dəfə (183,8 min ton) artım deməkdir.
Cari ilin ilk rübündə ümumilikdə 6 milyon tondan çox xam neft ixrac edən Azərbaycan 3,33 milyard dollar gəlir əldə edib. Portuqaliya bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr arasında 6-cı yerdə qərarlaşıb və ümumi ixracın 5,9 faizi bu ölkənin payına düşüb.
Zemfira Ms
Finss.az