BİZNES

22 Aprel

Azərbaycan-Çin ticarəti 1 milyard dolları keçib

Finss.az - 2025-ci ilin yanvar-mart aylarında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 37,4 faiz artaraq 1 milyard dolları keçib.

İxrac və idxal göstəriciləri:

  • Azərbaycandan Çinə ixrac 4,6 dəfə artaraq 23,2 milyon dollar təşkil edib.

  • Çindən Azərbaycana idxal isə 35,2 faiz artaraq 1 milyard dollar olub.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin ilk rübündə Çin Azərbaycan xarici ticarət dövriyyəsində 8,53 faiz payla iştirak edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 0,8 faiz bəndi yüksəkdir.

Zemfira Ms
Finss.az