Finss.az - Bu ilin yanvar-mart aylarında Azərbaycan ilə Danimarka arasında ticarət dövriyyəsinin ümumi həcmi 9,1 milyon ABŞ dollarını ötüb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ilin ilk rübündə Azərbaycandan Danimarkaya ixrac 4,56 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 44,3 dəfə artım deməkdir. Eyni zamanda, Danimarkadan Azərbaycana idxal 4,6 milyon dollar olub və bu göstəricidə 22,6 faiz artım qeydə alınıb.
Qeyd edək ki, bu dövrdə Azərbaycanın ümumi ticarət dövriyyəsində Danimarka ilə aparılan ticarətin payı 0,07 faiz təşkil edib.
Zemfira Ms
Finss.az