BİZNES

21 Aprel

Qızılın qiyməti bir unsiya üçün 3,385 dollara çatıb, rekord qırıb

Qızıl qiymətləri ABŞ hakimiyyətinin başlatdığı ticarət müharibəsi, eləcə də ABŞ dollarının ucuzlaşması səbəbindən qlobal iqtisadiyyatda artan qeyri-müəyyənlik kontekstində artmaqda və yeni tarixi zirvələrə çatmaqda davam edir.

Finss.az xəbər verir ki, spot bazarda qızıl 1,4% bahalaşaraq 1 unsiya üçün 3373,7 dollar olub. Eyni zamanda, bazar ertəsi səhər qiymətli metalın qiyməti bir unsiya üçün 3385 dollardan yuxarı qalxıb ki, bu da yeni rekorddur.

ABŞ dollarının altı əsas valyutaya qarşı dəyərini ölçən ICE DXY indeksi bazar ertəsi günü 1%-dən çox azalaraq son üç ilin ən aşağı səviyyəsinə düşüb.