BİZNES

18 Aprel

Azərbaycana idxal olunan buğdanın həcmi və dəyəri artıb

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana 62 milyon 245 min ABŞ dolları dəyərində 287 min 995 ton buğda idxal edilib.

Finss.az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin I rübü ilə müqayisədə həcm baxımından 35.9% və ya 76 min ton, məbləğ baxımından isə 29.5% və ya 14.2 milyon dollar çoxdur.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1.1%-nə bərabər olub.

Qeyd edək ki, bu dövründə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4.7% azalaraq 367.4 manat təşkil edib.

Fuad Mədətov
Finss.az