Bu ilin yanvar-mart aylarında Azərbaycan 56 725,71 min ABŞ dolları dəyərində 122 386,13 ton neft məhsulları ixrac edib.
Finss.az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən xəbər verir ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,7% az, həcmi isə 16,3% çoxdur.
Xatırladaq ki, ötən il Azərbaycan 334 918,14 min ABŞ dolları dəyərində 537 628,46 ton neft məhsulları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2023-cü ilin göstəricisi ilə müqayisədə 41,5%, həcmi isə 41,9% azalıb.
Fuad Mədətov
Finss.az