İqtisadiyyat Nazirliyi tərəfindən 2024-cü ilin mart ayında təqdim olunan proqnozlara əsasən, baza ssenaridə neftin bir barrelinin orta illik ixrac qiymətinin 2026-cı il üçün 65 ABŞ dolları olacağı nəzərdə tutulur.
Finss.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, 2027-2029-cu illər üçün də eyni qiymətin – 65 ABŞ dollarının – saxlanılması fərz edilir.
Fuad Mədətov
Finss.az