Finss.az - Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 5,4 dəfə artaraq 214,9 milyon dolları üstələyib.
Azərbaycandan Böyük Britaniyaya ixrac: 73,8 milyon dollar (+64,1 dəfə)
Böyük Britaniyadan Azərbaycana idxal: 141,1 milyon dollar (+3,6 dəfə)
Cari ilin ilk iki ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Böyük Britaniya ilə ticarətin payı 2,41 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,86 faiz bəndi çoxdur.