Finss.az - Bu ilin yanvar-mart aylarında Azərbaycandan Avropaya 3 milyard kubmetr qaz ixrac olunub.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşımında məlumat verib.
Hesabat dövründə Türkiyəyə 2,3 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz ixrac olunub. Həmçinin bu dövrdə TANAP-la Türkiyəyə 1,4 milyard kubmetr qaz nəql edilib.
Cari ilin ilk üç ayı üzrə operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 6,9 milyon ton, ixraca nəql edilən həcmlər isə 5,7 milyon ton olub. Bu dövrdə 12,6 milyard kubmetr qaz hasil edilib, 6 milyard kubmetr qaz isə ixrac olunub.


