Qızıl qiymətləri aprelin 14-ü səhər saatlarında mülayim şəkildə yüksəlir və ABŞ-ın ticarət tarifləri ilə bağlı davam edən qeyri-müəyyənlik fonunda bütün zamanların ən yüksək səviyyələrinə yaxındır. Goldman Sachs analitikləri 2025-ci il üçün qızılın qiyməti ilə bağlı proqnozlarını artırıblar.
Finss.az xəbər verir ki, Bakı vaxtı ilə saat 10:25-də Comex birjasında iyun ayı qızıl fyuçersləri 0,1% bahalaşaraq 1 troy unsiyası üçün 3247,1 dollar olub. Daha əvvəl ticarət sessiyasında bir unsiyanın qiyməti 3260 dollardan yuxarı qalxıb ki, bu da yeni rekorddur.
Spot bazarda kotirovkalar bir unsiya üçün 3 244 dollara çatıb.
ABŞ prezidenti Donald Tramp “yaxın gələcəkdə” yarımkeçiricilər idxalına tarifləri açıqlayacağını bildirib. O, çiplərin, yarımkeçiricilərin və digər məhsulların ABŞ-da hazırlanmasını istədiyini deyir. Prezident həmçinin vəd edib ki, tezliklə dərman vasitələrinə tariflər açıqlanacaq.