Hökumət statistika agentliyi IBGE-nin məlumatına görə, Braziliyada istehlak qiymətləri inflyasiyası mart ayında fevralda 5,06%-dən 5,48%-ə yüksəlib, bu, 2023-cü ilin fevralından bəri ən yüksək göstəricidir.
Finss.az xəbər verir ki, mart ayı rəqəmi analitiklərin gözləntilərinə uyğun gəldi, Trading Economics qeyd edir.
Ölkədə inflyasiya artıq ikinci aydır ki, sürətlənir.
Martda Braziliyada qida və içkilərin qiyməti 7,68%, nəqliyyat xidmətləri 6,05%, geyim 3,53%, sağlamlıq və fərdi qulluq məhsulları 5,79% artıb.
Fevral ayı ilə müqayisədə ölkədə istehlak qiymətləri 0,56% artdığı halda, əvvəlki ay artım 1,31% təşkil edib.