BİZNES

11 Aprel

Ağ Ev ABŞ-ın idxal tariflərinin 10%-dən aşağı düşəcəyini gözləmir

Finss.az xəbər verir ki, ABŞ Milli İqtisadiyyat Şurasının direktoru Kevin Hassett CNBC-yə bildirib ki, ABŞ-la tarif danışıqları tələb edən 75-dən çox ölkəyə tətbiq edilən cavab tariflərinin minimum səviyyəsinin 10%-dən aşağı düşməsi ehtimalı azdır.

“Əgər prezident tarifi 10%-dən aşağı endirməyə razı olarsa, bu, yalnız hansısa ağlasığmaz sövdələşmə naminə olacaq”, o hesab edir.

Hassett hesab edir ki, 75-dən çox ölkəyə idxal rüsumlarının artırılması qərarının icrasında 90 günlük fasilə razılığa gəlmək üçün kifayət edəcək.