BİZNES

11 Aprel

Azərbaycana Hindistandan smartfon idxalı xeyli azalıb

2025-ci ilin yanvar ayında Azərbaycana Hindistandan 792 ədəd smartfon idxal edilib.

Finss.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu idxalın ümumi dəyəri 272,8 min ABŞ dolları olub. İdxalın miqdarı və dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.

2024-cü ilin yanvarında Hindistandan 7.133 ədəd smartfon idxal edilmiş və bu idxalın dəyəri 1,5 milyon ABŞ dolları təşkil edib. Bu, 2025-ci ilin yanvarı ilə müqayisədə 9 dəfə miqdar, 5,5 dəfə isə dəyər azalmışdır.

Ötən ilin yanvarında Hindistandan idxal olunan smartfonların bir ədədinin orta qiyməti 212,1 ABŞ dolları ikən, bu ilin yanvarında hər bir smartfonun qiyməti 344,4 ABŞ dolları olub ki, bu da 62% artım deməkdir.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycana ümumilikdə 26 milyon ABŞ dolları dəyərində 107.675 ədəd smartfon idxal edilib. Smartfonlar əsasən Çin, Hindistan, Koreya və Vyetnamdan gətirilib.