BİZNES

11 Aprel

Yağ məhsullarında artım: 4,3 min ton kərə yağı istehsal olunub

Finss.az - Bu ilin yanvar-fevral aylarında ölkədə 4,3 min ton kərə, 10,1 min ton marqarin, 7,2 min ton duru bitki yağları istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə kərə yağının istehsalı 2,1 faiz, marqarinin 37,5 faiz, duru bitki yağlarının istehsal həcmi isə 3,8 faiz artıb.

Mart ayının 1-nə hazır məhsul ehtiyatını 22,8 ton kərə, 5 7 min tondan çox marqarin, 3,7 min tondan çox duru bitki yağları təşkil edib.

Zemfira Ms
Finss.az